Gürcüstanın Qardabani rayonunda 7 gəncin həyatını itirdiyi ağır qəza ilə bağlı yeni detallar məlum olub.
“BUTA.TV” Aktual.ge-yə istinadən xəbər verir ki, yerli sakinlər həlak olanların, demək olar ki, eyni yaşda - 18 yaşlı gənclər olduğunu bildiriblər.
“Qəza evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar, hamısı yaşıd idi - 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”, - yerli sakin deyib.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında baş verib. Nəticədə, 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.
Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da iki və ya daha çox şəxsin ölümünə səbəb olma ilə bağlıdır.
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto
- Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb - Biri həlak oldu
- Bakıda mənzil sahibinin xəbəri olmadan sökülüb? - Foto
- Vəkillər Kollegiyasından mühüm qərarlar: Yeni büro...
- Kürdəmirdə yaşıllıq ərazidə yanğın başladı - Video
- Binədə mağazada yanğın baş verdi - Video
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video