Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb.
“BUTA.TV” Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib. Müttəhim isə məhkəmədəki ifadəsində psixiatriya xəstəxanasına yerləşdirilməsini tələb edib. O, daha əvvəl Bursa Dörtçelik Ruhi Psixoloji Xəstəliklər Klinikasında 21 gün müalicə aldığını və hələ də dərman qəbul etdiyini deyib.
Xəbəri rus dilində oxuyun: Пожизненное или психбольница: суд над убийцей Арзу Халиловой
Bildirilib ki, cütlüyün 1 və 4 yaşlı iki azyaşlı qız övladı qalıb. Hadisə 3 noyabr 2025-ci il tarixində Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Məişət münaqişəsi zəminində baş verən hadisə zamanı Salican qayçını götürərək dini nikah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbələrdən 72-si daxilə nüfuz edib.
O da məlum olub ki, Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır.

- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam