DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilmiş, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Azər Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.
Azər Bağırovun necə ifşa olunduğunun detalları açıqlanmayıb.
Qeyd edək ki, bu Azər Bağırovun ilk məhkumluğu deyil. O, daha əvvəl qəsdən adam öldürməyə cəhdə görə cəza çəkib.
Kriminal keçmişi olan azərbaycanlıların müxtəlif xarici xüsusi xidmət orqanları tərəfindən üçüncü ölkələrin ərazində örtük altında kəşfiyyat-təxribat əməllərinə cəlb olunması hallarına qarşı kompleks tədbirlər aparılır.
- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam