Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4009 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 4003 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsində itkin düşmüş şəxslərdir.
I Qarabağ müharibəsində itkin düşən 4003 nəfərdən 3221 nəfəri hərbçilər, 782 (71 uşaq, 288 qadın, 319 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3714 nəfər kişi, 289 nəfər isə qadındır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 226 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər