Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib

21:34 - 1 İyun 2026 - İDMAN

 Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək.

BUTA.TV” xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olacaq. 

İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

***

Matç başladı.

***

Türkiyə hesabı açır. Orkun Kökçü 2-ci dəqiqədə fərqlənir.

***

16-cı dəqiqədə Can Yılmaz Uzun fərqi artırır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

53-cü dəqiqədə Deniz Gül hesab arasındakı fərqi 3-ə qaldırır.

***

70-ci dəqiqədə Barış Alper Yılmaz komandasının dördüncü qoluna imza atır.

***

Matç Türkiyənin 4:0 hesablı qələbəsi ilə başa çatır.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol