Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlayan Mger Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.
"BUTA TV" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, aparılan ilkin istintaq hərəkətləri zamanı baş nazirin qətlini planlaşdıran şəxslərdən birinin kimliyi dəqiq müəyyən edilib.
İstintaqın rəsmi məlumatına görə, 2024-cü ildən bəri xarici ölkələrdən birində yaşayan M.Mirzoyanın ən azı 4 nəfərdən ibarət qrupun tərkibində Ermənistan baş nazirini siyasi və dövlət fəaliyyətinə görə qətlə yetirmək məqsədilə gizli plan qurduğuna dair əsaslı şübhələr yaranıb. Dəstə üzvlərinin cinayəti törətmək üçün lazımi vasitələr əldə etdiyi və ciddi hazırlıq işləri gördüyü aşkar edilib. Pepperoni pizza
Məlumata görə, xüsusi geyim və maskalar taxan təqsirləndirilən şəxslər Nikol Paşinyanı hədələyən videoçarx hazırlayaraq internetdə yayıblar. Bundan əlavə, həmin qrupun seçkiqabağı təşviqat kampaniyasına da qanunsuz şəkildə mane olduğu bildirilir.
Faktla bağlı M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (bir qrup şəxs tərəfindən dövlət və siyasi fəaliyyəti ilə əlaqədar qəsdən adam öldürməyə hazırlıq və təşviqatın aparılmasına mane olma) cinayət işi açılıb, cinayətkar şəbəkənin digər üzvlərinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. /Musavat.com
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər