Rusiya-Ukrayna müharibəsində daha iki Azərbaycan əsilli hərbçinin həlak olduğu barədə məlumat yayılıb.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, 1980-ci il təvəllüdlü Aftandil Arif oğlu Hacıyev və 1973-cü il təvəllüdlü Fərhad Mustafa oğlu Qasımov Rusiya ordusunun sıralarında Ukraynada gedən döyüş əməliyyatları zamanı həyatlarını itiriblər.
Rusiyanın Leninqrad vilayətinin Kamenka qəsəbəsindən hərbi xidmətə cəlb edilən 46 yaşlı Aftandil Arif oğlu Hacıyev Xarkov vilayəti istiqamətində, 15 mart 1973-cü ildə Azərbaycanda anadan olan və uzun illər Rostov vilayətinin Dubensovskaya kəndində yaşayan Fərhad Qasımov isə Donetsk vilayəti istiqamətində həyatını itirib.
Onların Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarının tərkibində xidmət etdikləri bildirilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfdən müxtəlif ölkələrdən olan şəxslərin, o cümlədən Azərbaycan mənşəli şəxslərin həlak olması ilə bağlı məlumatlar müntəzəm yayılır.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər