Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub.
“BUTA.TV” xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayaraq “AzParking” vasitəsilə parklanma haqqı ödəyib. Lakin daha sonra həmin ərazidə dayanma-durma qadağan nişanının olduğunu əsas gətirən yol polisi ona 20 manat cərimə yazıb.
Vəkil hesab edib ki, qadağan olunmuş ərazi ödənişli parklanma məntəqəsi kimi təqdim edildiyindən hesabından tutulan 2 manat da əsassız ödəniş sayılmalıdır. Bu səbəbdən o, pulun geri qaytarılması tələbi ilə AYNA-ya qarşı məhkəmə iddiası qaldırıb.
Адвокат отсудил 2 маната у AYNA за ошибочную парковку
AYNA-nın nümayəndəsi isə bu iddianı qəbul etməyib. Nümayəndə Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda belə arqument gətirib ki, avtomobil faktiki olaraq həmin ərazidə saxlanıldığı üçün parklanma haqqı qanuni qaydada tutulub. Bu əsasla vəkilin iddiasının rədd edilməsi xahiş olunub.
İşlə tanış olan hakim Nərgiz Tağıyeva isə vəkilin tələbini əsaslı sayıb. Nəticədə AYNA-dan Pərviz Məmmədovun xeyrinə 2 manat parklanma haqqının, əlavə olaraq məhkəməyə müraciət üçün xərclənən 30 manat dövlət rüsumunun tutulmasına qərar verilib.
Sail Ağasəlim
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər