Rubionun köməkçisi Şəhidlər xiyabanını ziyarət etdi

16:54 - 2 İyun 2026 - GÜNDƏM

 Rubionun köməkçisi Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Şəhidlər xiyabanını ziyarət edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin sosial şəbəkə hesablarından paylaşım edilib.

"Dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib", - paylaşımda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol