Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı

09:42 - 3 İyun 2026 - GÜNDƏM

 Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

BUTA.TV xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb.

Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə xəsarət alıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol