Lənkəranda 51 yaşlı kişi faciəvi şəkildə öldü

10:51 - 3 İyun 2026 - GÜNDƏM

 Lənkəranda 51 yaşlı kişi faciəvi şəkildə öldü

Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.

BUTA.TV xəbər verir ki, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mersedes" markalı nəqliyyat vasitəsi 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol