"Yol hərəkəti haqqında" Qanuna məlumatverici-göstərici nişanlarla bağlı dəyişiklik təklif olunur.
BUTA.TV xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Mövcud qanunvericiliyə görə, məlumatverici nişanlar düzbucaq formasında olur, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub. Bu qrup nişanların müxtəlif fonları var. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları deməkdir.
Layihədə isə təklif olunur ki, göy fon avtomagistral və bütün avtomobil yollarını ifadə etsin.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər