Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 45-50% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19°, bəzi yerlərdə 21-25° isti olacaq.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər