Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə içərisində olacaq. Bu da bir növ aqrar sektorun transformasiyasında resurs əsaslı yanaşmanın da labüd olduğunu ortaya qoyur. Dövlət Proqramı da əsas hədəfləri müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılmasını hədəfləyir.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.
Z.Əliyev bildirib ki, bu, bir növ məhsuldarlıq artımının da fundamental əsasını formalaşdıran yanaşma və tədbirdir:
"Müasir suvarma və suvarma şəbəkəsinin yenilənməsi ilə yanaşı, torpaq konsolidasiyası da Dövlət Proqramının ilk dəfə Azərbaycanda tətbiq olunan əsas tədbirlərindən biridir. Ölkəmizdə torpaq sahələri parçalanmış formadadır. Ümumilikdə fermerə düşən torpaq sahəsinin həcmi də kiçikdir. Torpaq konsolidasiyası parçalanmış torpaq sahələrinin müəyyən həcmdə birləşdirilməsi, mülkiyyətçilərin də bir neçə bölünmüş sahədə deyil, vahid torpaq sahəsinə sahib olması və paralelində həmin sahələrin təsərrüfatdaxili suvarma şəbəkəsinin yenilənməsini əhatə edir. Proqram ilkin olaraq 20 min hektar ərazidə iki rayonda tədbirlərin icrasının əhatə edir. 2030-cu ilə qədər tədbirlərin icrası beynəlxalq təşkilatların da cəlb olunması və qabaqcıl dünya praktikasının tətbiqi əsasında həyata keçiriləcək".
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər