Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib.
“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.
Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- komitədən bildirilib.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər