Ermənistanın UL-350 PUA-sı nələrə qadirdir? - FOTO

00:18 - 5 İyun 2026 - SİYASƏT

 Ermənistanın UL-350 PUA-sı nələrə qadirdir? - FOTO

İrəvanda paradda nümayiş etdirilən UL-350 orta mənzilli kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) texniki xarakteristikası açıqlanıb.

BUTA.TV “Ermənistan Hərbi Portalı”na istinadən xəbər verir ki, aparat 3,5 metrlik qanad genişliyinə malik aerodinamik dizayna malikdir. Təkmilləşdirilmiş aerodinamik profili müxtəlif hündürlüklərdə sabitliyi və uçuş səmərəliliyini təmin edir.

Bildirilib ki, UL-350 daxili yanma mühərriki ilə təchiz olunub. Bu dizayn təyyarənin 7 saata qədər havada qalmasına imkan verir.

Taktiki-texniki xarakteristikası:

▪Maksimum sürət: 120 km/saat

▪Hündürlük: 6 km (6000 m)

▪Fəaliyyət radiusu: 100 km

▪Video çəkiliş HD keyfiyyətindədir


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol