Onlayn falçılar, caduçıxaranlar... - Psixoloq

09:39 - 5 İyun 2026 - GÜNDƏM

 Onlayn falçılar, caduçıxaranlar... - Psixoloq

Onlayn falçılıq, “cadu çıxarma”, “enerji təmizlənməsi” və “çakra açılması” kimi xidmətlər daha çox psixoloji ehtiyaclardan qaynaqlanır. Falçıların və dələduzların qurbanına çevrilənlər adətən emosional cəhətdən həssas, psixoloji gərginlik yaşayan, iradəsi zəif, asan qazanc əldə etmək istəyən, gələcəklə bağlı qeyri-müəyyənlik içində olan insanlardır.

Bu sözləri BUTA.TV-a açıqlamasında psixoloq Gülnar Orucova onlayn falçılıq və digər “mistik xidmətlər”in qurbanına çevrilən insanlar barədə danışarkən deyib.

“Bəzən insanlar həyatlarında çətin dövrlərdən keçdikdə - yüksək stress, ayrılıq yaşayanda falçılara müraciət edirlər. Onlardan həmin insanı həyatlarına qaytarmalarını istəyirlər. Bu isə fırıldaqçılara fürsət verir”, - Orucova bildirib.

Psixoloqun fikrincə, falçılara pul vermək doğru deyil:

“Onlar bəzən öz kimliklərini gizlədərək və ya saxtalaşdıraraq insanları aldatmağa çalışırlar. Kiçik məbləğlər olsa belə, bu cür hallara qarşı diqqətli olmaq və aşkarlandıqda hüquq-mühafizə orqanlarını məlumatlandırmaq vacibdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol