Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə yay mövsümündə əhalinin istirahətinin təşkili, çimərliklərdə təhlükəsizliyin təmin olunması, xidmət keyfiyyətinin artırılması və sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması məqsədilə geniş tərkibli görüş keçirilib.
BUTA.TV xəbər verir ki, görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, kommunal və xidmət təşkilatlarının rəhbərləri, eləcə də sahilyanı ərazilərdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə yay mövsümündə şəhərin Xəzərsahili ərazilərində vətəndaşların rahat və təhlükəsiz istirahətinin təmin olunmasının əsas vəzifələrdən biri olduğu vurğulanıb. Bildirilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə müvafiq tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə hazırlıq işləri həyata keçirilib.
Qeyd olunub ki, sahilyanı ərazilərdə abadlıq və təmizlik işləri görülüb, çimərliklərin infrastrukturu yoxlanılıb, ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Eyni zamanda məişət tullantılarının vaxtında daşınması, yaşıllıqlara qulluq göstərilməsi və sahilboyu ərazilərin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Görüş zamanı aidiyyəti qurumların nümayəndələri tərəfindən xilasetmə xidmətlərinin fəaliyyəti, təcili tibbi yardımın təşkili, ictimai asayişin qorunması, iaşə və ticarət obyektlərinin fəaliyyəti, nəqliyyat təminatı və digər məsələlərlə bağlı görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, mövsüm ərzində vətəndaşların rahatlığının təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən mütəmadi monitorinqlər aparılacaq və ortaya çıxan məsələlər operativ qaydada həll ediləcək.
Görüşdə çimərliklərə girişin tamamilə ödənişsiz olduğu bir daha diqqətə çatdırılıb. Vurğulanıb ki, sahibkarlar yalnız göstərdikləri əlavə xidmətlərə görə ödəniş ala bilərlər və çimərlik ərazilərinə giriş üçün hər hansı rüsumun tətbiqinə yol verilməyəcək.
Sahibkarlara xidmət mədəniyyətinin yüksəldilməsi, obyektlərin xarici görünüşünün yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, təmizlik qaydalarına ciddi əməl olunması və ərazilərin nümunəvi vəziyyətdə saxlanılması ilə bağlı tövsiyələr verilib.
Sonda qeyd olunub ki, yay mövsümü ərzində Sumqayıt şəhərinin çimərliklərində təhlükəsizlik, təmizlik və yüksək xidmət səviyyəsinin təmin olunması istiqamətində işlər davam etdiriləcək, vətəndaşların istirahəti üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılacaq.
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı