Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun Baş direktoru, geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadə vəzifəsindən azad olunub.
BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
A.Əlizadəni adıçəkilən vəzifədə Elçin Vəliyev əvəzləyib. Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 5-də imzaladığı əmrlə E.Vəliyev Geologiya İnstitutunun direktor müavini təyin olunub. O, institutun direktoru səlahiyyətlərini müvəqqəti icra edəcək (struktur dəyişikliyindən sonra Baş direktor vəzifəsi direktor postu ilə əvəzlənib). pizza sifarişi
Qeyd edək ki, Azərbaycanın görkəmli alimi A.Əlizadə 1934-cü ilin fevralın 25-də Bakı şəhərində anadan olub.
O, 1976-cı ildən - 50 ildir Geologiya İnstitutuna rəhbərlik edirdi.
A.Əlizadə 2013-2019-cu illərdə AMEA prezidenti olub. O, həmin dövrdə də institutun rəhbəri postunda qalırdı.
Xatırladaq ki, Geologiya İnstitutu 1926-cı ildə yaradılıb. 2003-cü ildə Geologiya və Dərin Neft-qaz Yataqlarının Problemləri institutlarının bazasında Geologiya İnstitutu formalaşdırılıb. 2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu AMEA-nın Geologiya və Geofizika İnstitutu adlandırılıb.
Prezident İlham Əliyevin 2022-ci il iyulun 28-də imzaladığı fərmanla Geologiya və Geofizika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Dövlət başçısı 2025-ci il aprelin 4-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla, bir sıra elmi müəssisələr birləşdirilib.
Sərəncamla Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu yaradılıb. Birləşmiş instituta akademik Akif Əlizadə rəhbərlik edirdi.
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı