Paytaxtda sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 6 ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin rahat minib-düşməsi təmin olunub.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, layihənin davamı olaraq, Sabit Orucov küçəsində (Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində ("Mediland Hospital"ın yanında) parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre" və "Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.
Xatırladaq ki, daha öncə paytaxtın 7 ünvanında yerləşən tibb müəssisələrinin qarşılarında minib-düşmə yerləri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər
- Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı