Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı

19:00 - 5 İyun 2026 - HADİSƏ

 Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı

Türkiyəli bloqer Fatih Koparan ötən il işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Laçın sakini İmamqulu Haqverdiyevdən müsahibə alıb.

BUTA.TV” xəbər verir ki, sözügedən şəxsin rayondakı sosial-iqtisadi durum və işsizlik barədə neqativ fikirlər səsləndirdiyi görüntülər ötən günlərdə “Youtube”da yayımlanıb.

2023-cü ildə Laçına köçən təqaüdçü və taksi sürücüsü İ.Haqverdiyev etiraf edib ki, müsahibə verdiyi ərəfədə oğlunun işdən çıxarılması səbəbindən emosional davranaraq neqativ danışıb.

Xanımı və oğlanları ilə Laçında yaşayan İmamqulu Haqverdiyev hazırda övladlarının işlə təmin edildiyini bildirərək, dediklərindən peşman olduğunu açıqlayıb.

İ. Haqverdiyevin böyük oğlu Nicat Haqverdiyev “Baku TV”nin bölgə müxbiridir. Digər oğlu Fuad Haqverdiyev isə “SOCAR” YDM-də operator işləyir.

Qeyd edək ki, türk bloqer “yolumuzqarabaga.az” saytından icazə alaraq ötən ilin 11-15 sentyabrda azad olunmuş ərazilərə səfər edibmiş.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol