İyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.
“BUTA.TV” Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 04:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzindən daxil olan məlumatda bildirilib.
“Natra” gəmisinə dörd PUA zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, gəmi suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. “Zirkon” gəmisinin isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir”, - deyə məlumatda qeyd olunur.
“Natra” quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, “Zirkon” quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.
Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.
Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.
***
Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb.
APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan daha bir nəfər – gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır.
Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatları məlum olub.
Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib.
Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər