Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən BUTA.TV-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto
- Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb - Biri həlak oldu