Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?

18:00 - 6 İyun 2026 - GÜNDƏM

 Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?

Məlum olduğu kimi, “Neftçi” PFK-nın keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. Onun intihar etdiyi barədə məlumatlar yayılıb. İddialara görə, buna səbəb Almaniyada yaşayan azərbaycanlı blogerlərdən birinin onun ünvanına səsləndirdiyi təhqiramiz fikirlər olub.

Bəs bir şəxsi intihar həddinə çatdıranları hansı cəza gözləyir?

BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Elvin Əliyev müasir dövrdə psixoloji və kiberzorakılığın bəzən fiziki zorakılıq qədər ağır nəticələrə səbəb ola biləcəyini deyib.

“Buna görə də qanunvericilik bir şəxsi intihar həddinə çatdıran hərəkətləri hüquqi baxımdan ciddi cinayət hesab edir. Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya digər cəhətlərdən asılı olan şəxsi amansız rəftar, ləyaqətinin mütəmadi alçaldılması, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyəti yaradır”, - E.Əliyev qeyd edib.

Vəkilin sözlərinə görə, şəxsi intihar həddinə çatdıran kəslər azadlıqdan məhrum edilə bilər:

“Bu halda təqsirli bilinən şəxs məhkəmənin hökmü ilə həmin maddənin sanksiyasına uyğun olaraq 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Sosial şəbəkələrdə təhqir, təhdid, şantaj və ya davamlı psixoloji təzyiq də müəyyən hallarda intihara çatdırma kimi qiymətləndirilir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol