Maştağada həyat yoldaşınin sifarişi ilə 23 bıçaq zərbəsi vurularaq qətlə yetirilən Əli Seyidlinin qatilləri cəzalandırılıb.
BUTA.TV Nyus24.az-a istiandla xəbər verir ki, ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Təqsirləndirilən şəxslərə hökm oxunub.
Cinayət işinin materiallarına görə, hadisə Maştağa qəsəbəsinin Çənlibel küçəsindəki fərdi evin qarşısında baş verib.
Hadisəyələ bağlı Sabunçu rayon prokurorluğunda qəsdəm adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 33 yaşlı Əli Seyidlinin bədənində 23 ədəd bıçaq yarası aşlar edilib. Onun ölümünə ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.
Martın 19-da şübhəli şəxs qismində Tovuz rayon sakini 45 yaşlı Mehdi Məmmədov, Quba rayon sakini, 31 yaşlı Bəxtiyar Fərzəliyev, Qazax rayon sakini, 38 yaşlı Elvin Əliyev və mərhumun arvadı, Bakı şəhər sakini 26 yaşlı Əzizə Seyidova saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, Əzizə Seyidova əri Əli Seyidli xəyanət etdiyi üçün onu qisas niyyəti ilə öldürmək qərarına gəlib. 2022-ci ilin sentyabr ayında o, ərinin yeməyinə qatmaq üçün siçan dərmanı alıb və yataq otağındakı şkafda saxlayıb. Lakin sonradan o, ərini bu üsulla öldürmək istəməyib. O, ərini xalası Leyla Əliyeva ilə əvvəllər qeyri-rəsmi şəkildə yaşayan taksi sürücüsü Mehdi Məmmədova öldürtdürmək qərarına gəlib. Əzizə Mehdiyə ərinin daim onu alçaltdığı, pis davrandığı barədə məlumatlar verib və onun qətlini sifariş verib. Noyabrın 15-də yaşadıqı ünvanın yaxınlığında Mehdi Məmmədovla görüşən Əzizə Seyidova ona evi və ərazini göstərib, həmçinin ərinin iş yeri haqda məlumat verib. 2023-cü il mart 15-də İnstaqram şəbəkəsində həmin şəxsə yoldaşının evə neçədə gəlməsi haqda mesaj yazıb. Sonra hər ikisi ismarıcı siliblər.
Təxminən saat 23:45-də Mehdi Məmmədov tanışları Bəxtiyar Fərzəliyev və Elvin Əliyevlə birlikdə Maştağa qəsəbəsinə gəlib, pusquda dayanıblar. Əli Seyidli gəldikdən sonra hücum edib, üzərindəki bıçaqlarla onun başına, üzünə, sinəsinə və digər nahiyələrinə çoxsaylı zərbələr endiriblər. Xəstəxanaya çatdırılan Əli Seyidli aldığı xəsarətlərdən ölüb.
Məhkəmə baxışı zamanı Əzizə Seyidova ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, əmisi nəvəsi Əli Seyidlini ilk dəfə 2014-cü ildə qardaşı Anarın toyunda görüb. Onunla 3 il sevgili kimi danışıblar. 2015-ci il noyabrın 15-də Əli özünə məxsus Qaz-31 markalı avtomobilində onu zorlayıb. Bundan sonra da bir neçə dəfə onunla cinsi əlaqədə olub. Ayrılmaq istəsə də, Əli ondan əl çəkməyib. 2017-cidə nişanlanıblar, 2020-ci ildə ailələrin razılığı ilə evləniblər. Ailə qurandan bir müddət sonra yoldaşının ona xəyanət etdiyini bilib. Belə ki, Əli videogörüntülü zəng edib, ona başqa qadınlarla intim münasibətdə olmasını nümayiş etdirib. Sabunçu rayon Məhkəməsinə boşanmaqla bağlı müraciət edib. Lakin ailələlərin araya qarışması səbəbindən ərizəni geri götürüb. Əzizə bildirib ki, Mehdi Məmmədova Əlinin qətlini sifariş verməyib, digər təqsirləndirilənəri tanımır. İttihamda Əlinin ölümünün qarşılığında cinayəti icra edənlərə ev vəd etdiyi qeyd olunsa da, o, bu da təkzib edib.
Mehdi Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək göstərib ki, ibtidai istintaq zamanı Əzizə Seyidovanın adını çəkməyə onu məcbur ediblər. Əslində qadın bu cinayətdə iştirak etməyib. Əli Seyidlini ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyıb. Bu hadisə, Əlinin onu təhqir etməsindən 2 ay sonra baş verib. Həmin gecə söhbətə gedəndə onu öldürmək məqsədi olmayıb, Əlini cəzalandırmaq istəyib ki, ondan üzr istəsin. Dava zamanı ona bıçaqla 2-3 dəfə zərbə vurub.
Bəxtiyar Fərzəliyev və Elvin Əliyev bildiriblər ki, istinaqda etirafedici ifadələrini fiziki təzyiqlər nəticəsində veriblər. Onların sözlərinə görə, hadisə yerində olsalar da, Əli Seyidlinin ölümündə iştirak etməyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli CÇM-də çəkməklə Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev 17 il 6 ay, Əzizə Seyidova 17 il müddətinə azadlıqdan məhrum olunublar.
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...