İnkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə agentliyin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, müasir diaqnostik təhlillər erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsini gələcəkdə müxtəlif problemlərə səbəb ola biləcəyini aşkarlayıb:
“Ölkəmizdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik bir neçə əsas aspekti əhatə edir və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir. Bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur”.
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...
- Söyüdlü yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirildi
- Son anda ölümdən xilas olmağı bacardı - Anbaan video
- 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video