Elm və təhsil naziri Emin Əmrullayev bu gün Gəncədə “Son zəng” tədbirinə qatılıb.
“BUTA.TV” xəbər verir ki, Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbindəki tədbirdə iştirak edən nazir məzunları təbrik edərək bildirib ki, “Son zəng” məktəb həyatının başa çatması ilə yanaşı, gənclərin həyatında yeni və məsuliyyətli mərhələnin başlanğıcını ifadə edir.
E.Əmrullayev qeyd edib ki, bugünkü məzunlar gələcəyin tələbələri, mütəxəssisləri və ölkənin inkişafına töhfə verəcək vətəndaşlarıdır.
O, məzunlara gələcək həyat yollarında düzgün seçimlər etməyi və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməyi arzulayıb. Həmçinin şagirdlərlə səmimi söhbət apararaq onların gələcək təhsil və karyera planları ilə maraqlanıb.
Çıxışlardan sonra E.Əmrullayev məzunlar və məktəbin müəllim kollektivi ilə rəqs edib, “Yallı” oynayıb.
Həmin görüntüləri təqdim edirik:
Yunis Quliyev


- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimov və Arəstə Baxışovanın övladları da məzun oldu - Foto