Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Son zəng"də tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır:
"Digər məsələlərdə isə uşaqlara daha çox sərbəstlik verilməlidir. Bu gün burada maraqlı rəqslər və müxtəlif çıxışlar gördük. Ola bilər ki, bəzi məktəblərdə səsləndirilən mahnılar kimlərinsə xoşuna gəlməsin. Amma mən həmin uşaqları qınamazdım, sadəcə olaraq onlara güzəşt edərdim. Çünki onlar uşaqdırlar”, – deyə nazir qeyd edib.
Nazir məzunları təbrik edərək bildirib ki, "Son zəng" şagirdlərin həyatında ən yaddaqalan günlərdən biridir.
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto
- Flora Kərimovanın vəziyyəti - Açıqlandı