Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə BUTA.TV-a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.
Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.
Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
- Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
- 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
- Mehdiyevin ailə bankı BOKT oldu
- Bakıda kişi faciəli şəkildə öldü
- Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü
- Son zəngə saatı qurmaq...