Argentina millisinin kapitanı Lionel Messi Dünya Çempionatında Əlcəzairlə oyunda vurduğu üç qolla həm komandasına qələbə qazandırıb, həm də turnir tarixində yeni rekorda imza atıb.
“BUTA.TV” xəbər verir ki, 38 yaş 357 günlüyündə “het-trik” edən Messi DÇ tarixində bir oyunda üç qol vuran ən yaşlı futbolçu olub.
Bununla da o, daha əvvəl bu rekorda sahib olan Kriştianu Ronaldonu geridə qoyub. Portuqaliyalı ulduz 2018-ci il dünya çempionatında İspaniyaya qarşı “het-trik” edərkən 33 yaş 122 günlük idi.
Messi qarşılaşmada ilk qolunu 17-ci dəqiqədə uzaq məsafədən vurub. Argentina millisinin lideri ikinci dəfə 60-cı dəqiqədə fərqlənib. O, 76-cı dəqiqədə cərimə meydançasının kənarından sol ayaqla dəqiq zərbə endirərək “het-trik”ini rəsmiləşdirib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Bu, Lionel Messinin dünya çempionatları tarixində ilk “het-trik”i olub. Eyni zamanda, argentinalı futbolçu mundiallarda vurduğu qolların sayına görə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze ilə eyni göstəriciyə çatıb.
Əlcəzairlə oyundakı üç qol Messinin beynəlxalq karyerasında 11-ci “het-trik”i kimi də tarixə düşüb.
Sözügedən oyunun icmalını təqdim edirik:
- Ötən gün faciəvi şəkildə ölən Zəhranın - Fotosu
- Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
- Su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq
- Əməliyyat: qadın saxlanıldı - VİDEO
- 18 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi