Kürdəmirdə qoşqusunda 8 avtomobil olan yük maşını yanıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın qoşqusunda 8 ədəd müxtəlif markalı minik avtomobilləri olan “Mersedes-Benz Actros” markalı yük avtomobilinin mühərrik hissəsində baş verib və genişlənmə riski var.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə və qoşqudakı avtomobillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi və qoşquda olan minik avtomobilləri yanğından mühafizə olunub.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...