Bakıda yaşayış binasında partlayış baş verib, iki nəfər xəsarət alıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarından nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçirmiş: məşhur generalın adını daşıyır - FOTO
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mətbəxin və eyvanın pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
- İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…
- İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçirmiş: məşhur generalın adını daşıyır - FOTO
- Xamenei yeraltı sığınacağa köçürüldü
- İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…
- İranda rejim dəyişə bilər - Netanyahudan şok
- İran şərtini açıqladı: İsrail dayansa...
- İranda panika yarandı: Tehran əhalisi şəhəri tərk edir
- Türkiyə MN Azərbaycanı təbrik etdi