Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər.
BUTA.TV xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq:
“Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.
ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq”.
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi