ABŞ və Avropa Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün İsveçrəyə təzyiq göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” məlumat yayıb.
Məlumata görə, İsveçrə ruslara məxsus təxminən 7,5 milyard frank, eləcə də 15 mülkü dondurub:
"İsveçrə xarici işlər naziri İqnazio Kassisin sözlərinə görə, mülkiyyət hüququnun müqəddəs sayıldığı İsveçrə üçün aktivlərin müsadirəsi son dərəcə həssas məsələdir. Ölkə Rusiya aktivlərinə görə güclü xarici təzyiqlərə məruz qalıb və bu təzyiq daha da güclənəcək. Rusiya aktivlərinin müsadirə edilməsi məsələsi xarici tərəfdaşlarla müntəzəm qeyri-rəsmi təmaslar çərçivəsində qaldırılır. İsveçrə bankirlərinin hesablamalarına görə, hazırda Rusiyanın ölkədə təxminən 150-200 milyard frank aktivləri var. Amma bu pullar formal olaraq sanksiyalara məruz qalmayan insanlara məxsusdur. İsveçrə hakimiyyət orqanları artıq bu məsələni öyrənmək üçün işçi qrupu yaradıb. Hökumət mümkün müsadirələrə şübhə ilə yanaşır, bunun presedent yaradacağından ehtiyatlanır",- məlumatda deyilib.
İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçirmiş: məşhur generalın adını daşıyır - FOTO
- Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...
- Belarus vətəndaşları İrandan Azərbaycana keçdi - Foto
- İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı
- Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok
- İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu
- İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…
- İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçirmiş: məşhur generalın adını daşıyır - FOTO
- Xamenei yeraltı sığınacağa köçürüldü