Ukrayna rus işğalçılarını məğlub etdikdən sonra müqaviləli orduya keçməli və eyni zamanda hər kəsə müvafiq bilik və bacarıqlara yiyələnmək imkanı yaratmalıdır.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.
"Biz artıq NATO-nun strateji planlaşdırma, təhsil, şəxsi heyət və bölmələrin hazırlanması, müharibə aparmaq prinsiplərindən istifadə edirik. Bunun sayəsində biz nəinki düşməni çəkindiririk, həm də onun ələ keçirdiyi əraziləri azad edirik. Qələbəmizdən sonra hərəkətə keçməliyik. Güclü müqaviləli ordu yaratmaq və eyni zamanda hər kəsə düşmənin yenidən hücuma keçəcəyi təqdirdə ölkənin müdafiəsinə kömək edəcək bilik və bacarıqlar əldə etmək imkanı verməliyik”, - Şmıqal vurğulayıb.
- Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...
- Belarus vətəndaşları İrandan Azərbaycana keçdi - Foto
- İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı
- Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok
- İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu
- İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…
- İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçirmiş: məşhur generalın adını daşıyır - FOTO
- Xamenei yeraltı sığınacağa köçürüldü