Hər il olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülür. Hər bir rayonda payız-qış mövsümünə hazırlıqla bağlı proqram hazırlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd olunub ki, rayonlar üzrə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi tədbirlər planı təsdiq edilib:
“Tədbirlər planına uyğun olaraq, paytaxt qurumları qış aylarında üzərlərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidirlər. Bakı Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətə gətirilib, kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılıb”.
“Tapşırıq verilib ki, qış aylarında güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysanın, zəlzələnin və ya digər təbii fəlakətin - baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Planlara görə, rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb”, - deyə məlumatda qeyd edilib.
- "Azərsun Holdinq”in yeni sədri bəlli oldu
- Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub
- Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır
- Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü
- Əmlakın müsadirəsi ilə bağlı yeni qərar
- İşxanyanın Qaradağlıdakı cinayəti ilə bağlı sənəd tədqiq edildi
- Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş
- Pənahov 2 milyon dollarlıq villanı oğluna necə alıb?