Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü və Baş Əməliyyat idarəsinin iştirakı ilə Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasında təlim keçirilib.
BUTA.TV xəbər verir ki, təlimin mövzusu “Metro stansiyasında elektrik cərəyanının açılması səbəbindən qatarın dayanması nəticəsində zərərçəkmişlərin təxliyəsi” olub. Təlimə rəhbərliyi FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov edib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xalqlar dostluğu” stansiyası istiqamətindən hərəkət edən qatarın elektrik cərəyanının şərti açılması nəticəsində “Neftçilər” stansiyasının “mənzilində dayanması” və “sərnişinlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub” və dərhal Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri “hadisə yerinə” cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin çıxarılması üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. Regional Mərkəzin mobil xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…