Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla danışıqların davam etdirilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən söyləyib.
Dövlət başçısı deyib:
“Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir”.
- Bazar günü hava necə olacaq?
- Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri...
- Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək