Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İndi Laçın şəhərində geniş quruculuq-bərpa işlərinin getdiyini bildirən Prezident İlham Əliyev deyib:
“İndi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq”.
- 1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan
- Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur - Qafarov
- MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…
- MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı
- Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video
- Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək
- Netanyahunun Bakı səfəri ilə bağlı Türkiyədən kritik açıqlama
- Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video