Məlum olub ki, Rusiya iki milyonluq ordu yaratmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb .
Ordunun yaradılmasının səfərbərlik dalğalarına səbəb olacağı bildirilir. Səfərbərliyin birinci dalğasında Rusiyada 300 min nəfər çağırıldı. Qısamüddətli təlimdən sonra səfərbər olunanlar Ukraynadakı döyüş bölgəsinə göndərildi.
“Rusiya yaxın gələcəkdə növbəti səfərbərlik dalğasını elan edəcəyini istisna edə bilməz. Daha 500 min rusiyalı Rusiya silahlı qüvvələrinə qoşulacaq və bu, Rusiyaya strateji resurslar yaratmaq imkanı verəcək”, - Ukrayna hərbi kəşfiyyatı bildirir.
Ukrayna hərbi kəşfiyyatının hesablamalarına görə, Rusiya artıq növbəti səfərbərlik dalğasını elan etməyə fəal şəkildə hazırlaşır. Səfərbərliyi tənzimləyən Rusiya Federasiyasının qanunlarına dəyişikliklər edilir. Təlim mərkəzləri fəal şəkildə hazırlanır.
Həmçinin bildirilir ki, Rusiyanın həyata keçirdiyi səfərbərlik tədbirlərinin miqyası onun rəhbərliyinin təxminən iki milyonluq ordu yaratmaq planlarından xəbər verir.
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı