Bu, təkcə hərbçilər arasında gedən müharibə deyil. Bu, Ukrayna cəmiyyətinə, infrastrukturuna və sadə insanlara qarşı müharibədir.
BUTA.TV xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinisto deyib.
“İndi bizim genişmiqyaslı müharibənin içindəyik. Ən pisi də odur ki, onun sonu görünmür”, - Niinisto bildirib.
Onun sözlərinə görə, Rusiyanın ötən ilin sentyabrında keçirdiyi referendum narahatlıq doğurdu. Məhz ondan sonra Rusiya Prezidenti Vladimir Putin dedi ki, işğal olunmuş ərazilər həmişəlik Rusiyanın tərkibində qalacaq:
“Mən buna onun müharibəyə mərc etdiyi mənasını verərdim. O, poker oynayır və hər şeyi karta qoyur. Narahatam ki, Putin qələbəyə şansı olmasa da, sona kimi gedəcək”.
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı