Azərbaycan Prezidenti İlham Əliyev Vaxtanq Kikabidzenin doğmalarına və yaxınlarına başsağlığı verib.
BUTA.TV başsağlının mətnini təqdim edir:
“Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndik.
Vaxtanq Kikabidzenin adı sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunub. Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur.
Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən hər zaman sevilmiş, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənilmişdir. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermişdir.
Görkəmli sənətkar və səmimi insan Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm”.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir