ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiyanın hücumu öncəsi Ukraynaya səfərində Prezident Vladimir Zelenski ilə qapalı şəkildə görüşüb və onu sui-qəsd təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə “İndependent” ABŞ prezidentləri haqqında kitabların müəllifi olan Kris Uipplin “Həyatının döyüşü: Co Baydenin Ağ Evinin içində" kitabına istinadla məlumat yayıb.
Bildirilir ki, Börns Rusiyanın sui-qəsd planı barədə Zelenskiyə məlumat vermək və onun "yaşadığı reallığı yoxlamaq” üçün savaşdan öncə Kiyevə gəlib, çünki Zelenskinin ABŞ xəbərdarlıqlarına münasibəti kifayət qədər qeyri-adi idi (Rusiyanın hücum edəcəyinə inanmırdı - red.).
Uipplinin sözlərinə görə, Bayden MKİ rəhbərinə Rusiyanın planlarının dəqiq təfərrüatı barədə Zelenskiyə məlumat verməyi tapşırıb:
“Bu, Zelenskinin dərhal diqqətini çəkdi. O, bu xəbərdən məəttəl qaldı və ayıldı”.
Bildirilir ki, 24 fevral 2022-ci il, yəni Rusiyanın hücum əməliyyatlarından bəri Zelenskiyə 12 sui-qəsd cəhdi olub.
- Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan və Ermənistan nümayəndələri "Zod" mədənində...
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama