Gürcüstanın AB-yə üzvlüyü yolunda irəliləyişə mane olsa belə, keçmiş prezident Mixail Saakaşviliyə güzəştlərin əleyhinəyəm.
BUTA.TV xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.
“Biriləri deyir ki, Mixail Saakşavilini azad etməsək, Gürcüstan AB-yə namizəd statusu almayacaq. Mən öz münasibətimi deyə bilərəm: biz qətiyyən belə bir status istəmirik, əgər məcburi şərtdirsə, saxlasınlar. Bizim konstitusiyamız var, elə qanunlar var ki, biz ilk növbədə onlara əməl etməliyik”, - Kaladze bildirib.
Qeyd edək ki, ötən həftə Polşa Seymi Mixail Saakaşvilinin xaricdə müalicə olunması ilə bağlı qətnamə qəbul etmişdi.
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı