Bu gün (dünən-red) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik və İran hökumətinə xatırladırıq ki, o, İrandakı xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitter hesabında yazıb.
O, qeyd edib ki, ABŞ terror hücumu zamanı həlak olan Orxan Əsgərovun yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
- İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto
- Qələbənin 80-ci ildönümüdür
- Bayramov pakistanlı həmkarı ilə telefon danışığı apardı
- İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar
- Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır
- Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi
- Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı
- Hindlilər Azərbaycana boykot çağırışı etdilər - Foto