Hindistanda döyüş təyyarələri qəzaya uğradı

11:08 - 28 Yanvar 2023 - GÜNDƏM

 Hindistanda döyüş təyyarələri qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı Su-30 və Fransanın Mirage-2000 qırıcı təyyarələri Madhya-Pradeş ştatında qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Ani” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarələr təlim üçün Madhya-Pradeşdəki Qvalior aviabazasından havaya qalxıb.

Hazırda qəza yerində xilasetmə əməliyyatlarına başlanılıb. Qırıcı pilotların vəziyyəti və qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

Bu xəbər hal-hazırda çox oxunur
Putin Mehriban Əliyevanı təbrik etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol