Xəbər verdiyimiz ki, 27 yanvarda Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu və mühafizə xidməti rəisinin qətlə yetirilməsindən sonra səfirliyimiz fəaliyyətini dayandırıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan XİN İrandakı səfirlik əməkdaşlarının təhlükəsizliyini rəsmi Tehranın təmin etməməsi səbəbindən diplomatların təxliyəsinə başlayıb.
Ötən gün XİN-dən verilən açıqlamada bildirilirdi ki, səfirliyin fəaliyyətini nə vaxt bərpa edəcəyi bəlli deyil.
İRNA-nın yazdığına görə isə bu gün İran XİN başçısı azərbaycanlı həmkarı ilə danışdığını, Azərbaycanın Tehrandakı səfirinin bu gün (!) geri qayıdacağını elan edib.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Bu, səfirliyə hücumun şəxsi müstəvidə olduğunu demək və terror aktını inkar etmək səviyyəsindən də aşağı bir yalandır. Azərbaycan diplomatlarının təxliyəsi dünən başlayıbsa, bu gün onlar necə geri qayıda bilər? Adi məntiqlə bu mümkünsüz görünür. Ancaq İran XİN başçısı bu qədər yalanı utanmadan deyə bilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı