ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid deyib ki, Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur. Onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları proseslərdə konstruktiv rol oynamırlar: “İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır”.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, amerikalı diplomat haqlıdır, sadəcə onun sonrakı “Rusiya və İranın regional fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesinə daha çox töhfə verməlidir” tövsiyə xarakterli cümləsi ilk söylədiklərinə uyğun gəlmir:
“Donfridin söylədiyi kimi, Rusiya və İran Cənubi Qafqazda konstruktiv rol oynamırlarsa, bu iki ölkə sülh prosesinə necə töhfə verə bilər? Ancaq amerikalı diplomatın bu cümləsindən o da aydın olur ki, Vaşinqton, Parisdən fərqli olaraq, Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanı əvəz etməyə iddialı deyil. Bizə də o lazımdır ki, Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan sonra rusiyalı hərbçilərin yerini doldurmaq barədə kimsə düşünməsin”.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı - Video
- Ermənistanda parlament seçkisində səsvermə prosesi başa çatdı
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq