Salyanda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.
Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hal-hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən ilin dekabr ayının 18-də səhər saatlarında rayon ərazisində yerləşən evlərin birinə basqın ediblər.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk ediblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
- Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı - Video
- Ermənistanda parlament seçkisində səsvermə prosesi başa çatdı
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib