Tehran İsfahandakı hərbi zavoda hücumu cavabsız qoymayacaq.
BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.
Meşkini Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın Kiyevin hücumda iştirakı ilə bağlı eyhamını da şərh edib:
“Onlar gözlənilməz heç nə deməyiblər. Ukrayna hakimiyyətinin Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutması bizim üçün sürpriz deyil”, - o deyib.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Qeyd edək ki, dekabrın 24-də Podolyak İranın dron zavodlarına zərbə endirməyə çağırmışdı. O, bəyan etmişdi ki, İran Rusiyaya raket və PUA-ların tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu həyasızcasına aşağılayır. Ukrayna hesab edir ki, İran Rusiyaya Şahid-136 və Mühacir-6 pilotsuz təyyarələri verir.
Xatırladaq ki, yanvarın 29-na keçən gecə naməlum PUA-lar İsfahanda İran Müdafiə Nazirliyinin obyektlərindən birinə hücum edib. Daha sonra Azərşəhr şəhərində fabrikdə yanğın və Kərəcdə partlayışlar qeydə alınıb. Tehran hücumlarda və hərbi əməliyyatlarda rəsmi olaraq İsraili günahlandırıb.
- İran İsrailə raket zərbələri endirdi
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
- Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı - Video